Bu şərtlər eTech şirkəti ilə müştəri arasındakı satış münasibətlərini tənzimləyir. Saytdan istifadə etməklə, müştəri bu şərtləri qəbul etmiş sayılır.
Müştəri sayt vasitəsilə sifariş verə bilər. Sifariş qəbul edildikdən sonra menecerlərimiz sizinlə əlaqə saxlayacaq və sifarişin təsdiqlənməsi prosesini başlayacaq.
Bütün qiymətlər AZN ilə göstərilib və ƏDV daxil deyil (yalnız hüquqi şəxslər üçün ƏDV-li faktura təqdim edilir). Şirkət qiymətləri əvvəlcədən xəbərdarlıq etmədən dəyişmək hüququnu özündə saxlayır.
Bütün məhsullara rəsmi istehsalçı zəmanəti verilir. Zəmanət müddəti məhsuldan asılı olaraq 1–3 il arasında dəyişir. Zəmanət sənədləri sifarişlə birlikdə təqdim edilir.
Məhsul alındıqdan 14 gün ərzində qüsurlu olduqda geri qaytarıla bilər. Məhsul orijinal qablaşdırmada və istifadə edilməmiş vəziyyətdə olmalıdır. Geri qaytarma üçün +994 51 555 66 56 nömrəsi ilə əlaqə saxlayın.
Çatdırılma şərtləri haqqında ətraflı məlumat üçün çatdırılma səhifəmizə baxın.